Topaz Premyer Liqasının XXXI turunun AZAL-la ev oyunu “Rəvan” üçün tarixi qələbəylə əlamətdar olub. FutbolPlanet.Az xəbər verir ki, paytaxt klubu ölkə çempionatlarının yüksək dəstəsində 30-cu qələbəsini əldə edib. 1:0 hesabı ilə qalib gələn Bəhmən Həsənovun yetirmələri Premyer Liqadakı 131-ci oyunda 30-cu dəfə 3 xal əldə edib. Komandanın hesabında 33 heç-heçə və 68 məğlubiyyət də var. “Rəvan” 4 mövsüm ərzində 127 qol vurub, 206-nı buraxıb. Bakılılar 30 qələbədən 18-ni evdə, 12-ni səfərdə əldə edib. “Sarı-qırmızılar” qələbə sayında Azərbaycan çempionatları tarixinin 28-ci komandasıdır.