Mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın səfiri, əməkdar artist Röya Ayxan Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. FutbolPlanet.Az xəbər verir ki, tanınmış müğənni millimizə qitə birinciliyində uğurlar arzulayıb.