"İnter"in keçmiş müdafiəçisi və hazırki vitse-prezidenti Xaviyer Zanetti klubla ömürlük saziş bağlayıb. FutbolPlanet.Az xəbər verir ki, 1995-ci ildən 2014-cü ilə qədər "İnter"in formasını geyinən sabiq müdafiəçi bundan sonra da komandanın uğurları üçün əlindən gələni edəcəyini bildirib: "Karyeramı başa vurduğum bu klubu çox sevirəm. "İnter" keçdiyimiz bu illər ərzində həm mənim üçün, həm də ailəm üçün çox gözəl xatirəyə çevrilib. Tutduğum vəzifənin necə ağır bir iş olduğunu çox gözəl bilirəm. Bundan sonra komandanı yenidən Avropanın ən yaxşı klublarından biri etməyə çalışacam".