AÇ-2016-nın yarımfinal oyunlarının hakim təyinatları açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, Portuqaliya - Uels oyununu isveçli Yonas Erikson idarə edəcək. İyulun 7-də keçiriləcək Almaniya - Fransa görüşü isə italiyalı referi Nikola Ritsoliyə tapşırılıb.

6 iyul (çərşənbə günü)

23:00. Portuqaliya - Uels

Baş hakim: Yonas Erikson

Yan xətt hakimləri: Matias Klasenius və Daniel Vernmark

Əlavə köməkçi hakimlər: Ştefan Yohannesson və Markus Strömberqsson (hamısı İsveç)

Dördüncü hakim: Şimon Marçinyak (Polşa)

7 iyul (cümə axşamı)

23:00. Almaniya - Fransa

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito di Liberatore və Mauro Tonolini

Əlavə köməkçi hakimlər: Daniele Orsato və Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Damir Skomina (Sloveniya)