Azərbaycanlı FİFA referisi Rauf Cabarov yeni təyinat alıb. FutbolPlanet.Az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Kosovo – Çexiya matçının baş hakimi olacaq.

Ona yan xətdə Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Rəşad Əhmədov olacaq.

Qeyd edək ki, görüş oktyabrın 7-də keçiriləcək.