“Qarabağ”ın aparıcı üzvü Abdullah Zubir Azərbaycan Premyer Liqasında 20-ci qolunu vurub. FutbolPlanet.Az xəbər verir ki, fransız oyunçu 6-cı turun “Qəbələ” ilə görüşündə (2:0) fərqlənib.

30 yaşlı yarımmüdafiəçinin yubiley qolu 73-cü matçına təsadüf edib. Onun orta məhsuldarlığı 0,27-yə bərabərdir. Zubir 2018/19 mövsümündə 6, 2019/20 mövsümündə 5, 2020/21 mövsümündə 7, cari çempionatda isə 2 dəfə qol sevinci yaşayıb. O, ilk qolunu da məhz “Qəbələ”yə vurub. Belə ki, 2018-ci il sentyabrın 23-dəki ev oyununda (4:1) dubla imza atıb.