"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasında yeni rekorda imza atıb. FutbolPlanet.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis buna 7-ci turda evdə "Empoli" ilə matçda nail olub.

58 yaşlı çalışdırıcının komandası 2:0 hesabı ilə qalib gəlib. Nəticədə o, A Seriyasında ardıcıl 42-ci ev oyununda uduzmayıb. Bu, 1994/1995 mövsümündən sonra mütləq rekorddur.