Xəbər verdiyimiz kimi, sabah UEFA Avropa Konfrans Liqasının H qrupunun ilk turu çərçivəsində "Qarabağ" "Bazel"i qəbul edəcək. FutbolPlanet.Az xəbər verir ki, İsveçrə klubu ilə Bakı Olimpiya Stadionunda keçiriləcək matça artıq 11 min bilet satılıb. 

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10 və 40 manat təşkil edir. Bakı Olimpiya Stadionunda təşkil olunacaq oyunda koronavirus pandemiyası ilə əlaqədar stadionun tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.