"Çelsi" Sesar Aspilikueto ilə yeni müqavilə imzalamağa hazırlaşır. FutbolPlanet.Az xəbər verir ki, klub ispan oyunçusuna daha 1 illik müqavilə təklif edəcək.

2012-ci ildə London klubuna keçmiş 32 yaşlı futbolçu “Marsel” və “Osasuna”da çıxış edib. “Zadəganlar”ın heyətində 2 dəfə İngiltərə çempionu, 1 dəfə Çempionlar Liqası, 1 dəfə Avropa Liqası və Superkubokunun qalibi olmuş Aspilikuetanın transfer dəyəri 13 milyon avro kimi dəyərləndirilir.