“Mançester Yunayted”in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində “Yanq Boyz”la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. FutbolPlanet.Az xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsini təqdim edib. Ronaldo həmçinin stüartdan üzr istəyib.

"Yanq Boyz" - "Mançester Yunayted" matçı 2:1 hesabı ilə başa çatıb.