UEFA Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunun oyununda “Qarabağ”la qarşılaşacaq “Bazel” Azərbaycana yola düşüb. FutbolPlanet.Az xəbər verir ki, “facebook” üzərindən paylaşım edən klub “Bakıya doğru” qeyd edib.

İsveçrə təmsilçisi günorta saatlarında Bakıya çatacaq.

Sabah keçiriləcək “Qarabağ” – “Bazel” matçı saat 20:45-də start götürəcək.