Pol Poqba “Mançester Yunayted”lə yeni müqavilə imzalamaq istəyir. FutbolPlanet.Az xəbər verir ki, o, Kriştiano Ronaldonun gəlişindən sonra komandadan getmək fikrindən daşınıb.

Mövsümün sonunda “qırmızı şeytanlar”la müqaviləsi başa çatacaq fransız futbolçu “Real”ın maraq dairəsində idi. Lakin Ronaldonun gəlişi ilə Poqba da komandada qalmaq istəyib. ​Onun yaxın vaxtlarda klubla yeni müqavilə imzalayacağı ehtimal edilir.