"Liverpul" 2016-cı ildən bu klubun şərəfini qoruyan Sadio Mane ilə müqaviləsini yeniləyir. FutbolPlanet.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb. "Qırmızılar" 29 yaşlı hücumçuya 2025-ci ilədək sözləşmə təklif edib. Onun klub ilə hazırkı müqaviləsi isə 2023-cü ilin yayına qədərdir.