Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov “feysbuk” hesabında paylaşım edib. FutbolPlanet.Az xəbər verir ki, nazir paylaşımında bunları qeyd edib:

“Ölkə Prezidenti İlham Əliyevin gənclər və idman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir. Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm”.