FİFA prezidenti Canni İnfantino açıqlama verib. FutbolPlanet.Az xəbər verir ki, 51 yaşlı funksioner oyunların çoxluğundan danışıb:

"Beynəlxalq təqvim həddən artıq sıxdır. Bunlar idmançıların sağlamlığına mənfi təsir göstərir. Təqvimdə həddindən artıq faydasız oyunlar var. Nə edəcəyimizi müəyyənləşdirməli və hər kəsin anlaya biləcəyi bir sistem tapmalıyıq".