Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsində 6-cı turdan sonra ən çox seyv edən qapıçılar arasında ilk yerlərdə qərarlaşıb. FutbolPlanet.Az xəbər verir ki, 27 yaşlı qolkiperimiz 5 matçda 31 seyvlə yadda qalıb.

Bu göstərici ilə o, 3-cüdür. İlk pillədə 31 qurtarışla San Marinodan Elia Benedettinidir. Lixtenşteynin qapıçısı Benyamin Byuhel isə 30 seyvlə ikinci sıradadır.