“Bursaspor” yenicə transfer etdiyi azərbaycanlı futbolçu Ufuk Budaqla yolları ayırıb. FutbolPlanet.Az xəbər verir ki, millimizin sabiq üzvü 26 gün öncə Bursa təmsilçisinə transfer olunmuşdu.

Burada cəmi 1 oyuna çıxan futbolçu “ağ-yaşıllar”a lazım olmayıb. 31 yaşlı yarımmüdafiəçi Türkiyə birinci liqasının digər təmsilçisi “Büyükşehir Belediye Erzurumspor”a keçib.