Avrokuboklarda uğursuzluğa düçar olan “Neftçi” transfer çalışmalarını davam etdirir. Klub argentinalı futbolçu Xorxe İvan Korreanı transfer etmək istəyir. Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, hazırda futbolçu ilə danışıqlar gedir. Artıq futbolçu şəxsi instaqram hesabında da “Neftçi”ni izləməyə başlayıb.

“Velez Sarsfild” yetirməsi olan 28 yaşlı vinger son olaraq “Maritimo”da çıxış edib.