“Sabah” milli komandaların oyunlarına görə yaranmış fasilədən yararlanaraq yoxlama matçı keçirəcək. FutbolPlanet.Az xəbər verir ki, sözügedən komanda "Sumqayıt"la qarşılaşacaq.

Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Görüş sentyabrın 4-də "Bank Respublika Arena"da baş tutacaq. Oyuna saat 19:00-da start veriləcək.