17 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik olub. FutbolPlanet.Az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan yığmaya daha bir oyunçu cəlb edilib.

İlkin Cəfərli komandanın düşərgəsinə qoşulub. “Qarabağ” klubunun üzvü komandanın hazırlıqlarında iştirak edəcək.

U-17 Türkiyə ilə iki yoldaşlıq oyunu keçirəcək.