FİFA referisi Rauf Cabarov təyinat alıb. FutbolPlanet.Az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də keçiriləcək İsveçrə – Cəbəllütarıq qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Rəşad Əhmədov olacaq.