Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bazel" heyətini 4 futbolçu ilə gücləndirib. FutbolPlanet.Az xəbər verir ki, İsveçrə təmsilçisi Lissabon "Sportinq"dən Jelson Fernandeşi icarəyə götürüb.

18 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. "Bazel" Portuqaliyanın digər klubu "Benfika"nın müdafiəçisi Tomas Tavareş də heyətinə cəlb edilib. Onunla 1 illik müqavilə imzalanıb. Digər futbolçu isə Fransanın "Nitsa" klubunundan transfer edilən Dan Ndoyedi. İsveçrə millisinin üzvü olan 20 yaşlı hücumçu 1 illik icarəyə götürülüb. "Bazel"in daha bir transferi Niderlanddandı. "Feyenord"un 20 yaşlı yarımmüdafiəçisi Voter Burqerlə 4 illik müqavilə imzalanıb.