"Qalatasaray" Radamel Falkao ilə yollarını ayırıb. FutbolPlanet.Az xəbər verir ki, kolumbiyalı hücumçu ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

35 yaşlı oyunçu karyerasını "Rayo Valekano"da davam etdirəcək.

Falkaonun İstanbul təmsilçisi ilə sözləşməsi gələn ilin yayına qədər idi. O, 2019-cu ildən "Qalatasaray"da çıxış edirdi.