Avropanın top klublarının reytinq siyahısı açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, cədvəldə qitənin 435 komandası yer alıb.

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”dır. Ağdam klubu 191 xalla 86-cıdır. Qurban Qurbanovun yetirmələri ötən cədvəllə müqayisədə 2 pillə irəliləyib. Buna qazanılan 12 xal səbəb olub. “Neftçi”nin uğursuz nəticələri geriləməyə səbəb olub. Bakılılar aktivinə 1 xal əlavə etsə də, 1 addım geriləyib. Hazırda paytaxt təmsilçisi 30 xalla 240-cı sıradadır. 20 xala malik “Qəbələ” 286-cı yerdə qalıb.

Cədvələ 2068 xalı olan “Real” başçılıq edir.