Portuqaliya millisinin üzvü Pedru Qonsalveş DÇ-2022-nin seçmə mərhələsində millimizlə oyunu buraxacaq. FutbolPlanet.Az xəbər verir ki, "Sportinq"də çıxış edən 23 yaşlı yarımmüdafiəçi zədəlidir.

Onun sol ayağında iltihab aşkarlanıb. Bu səbəbdən də Pedru DÇ-2022-nin seçmə mərhələsində İrlandiya və Azərbaycanla görüşlərdə, həmçinin Qətərlə yoldaşlıq oyununda iştirak edə bilməyəcək.