“Bizi qarşıda ağır oyunlar gözləyir. Milli komandanın formasını geyinmək hər zaman qürurvericidir. Hər bir futbolçu milli komandada çıxış etmək istəyir”. FutbolPlanet.Az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Mahir Emreli deyib.

O, millinin DÇ-2022-dəki seçmə oyunlarına toxunarkən daha sonra sözlərinə belə davam edib: “İstər Lüksemburq, istər Portuqaliya, istərsə də İrlandiya oyunları biri-birindən ağır olacaq. Portuqaliya bütün turnirlərdə olduğu kimi favoritdir. Həmişə demişəm, müasir futbolda hər şey mümkündür. İnanıram ki, bu 3 oyunda azarkeşlərimizi sevindirə biləcəyik”.