DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 1-də, “Stade de Luxembourg”da keçiriləcək Lüksemburq – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının vaxtı məlum olub. FutbolPlanet.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Hər iki komandanın baş məşqçisinin mətbuat konfransı bu gün olacaq. Əvvəlcə Lüksemburq yığmasının çalışdırıcısı Luk Holts media nümayəndələri ilə görüşəcək. Onun mətbuat konfransı yerli vaxtla saat 15:00-da olacaq. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin jurnalistlərlə görüşü isə yerli vaxtla 18:30-da olacaq.

Sabah keçiriləcək Lüksemburq – Azərbaycan oyunu saat 22:45-də start götürəcək.