“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Bazel”in sahibi David Degen açıqlama verib. FutbolPlanet.Az xəbər verir ki, 38 yaşlı əfsanəvi veteran futbolçu bunları deyib:

“Bazel” həmişə beynəlxalq yarışlarda çıxış etməlidir. Uzun səfərlərdən məmnun olmasam da, qrupdakı rəqiblərdən razıyam. Onları məğlub etməliyik”.

“Qarabağ” ilə “Bazel” arasında ilk görüş sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.