"Real" heyətinə yeni futbolçu qatmaq üzrədir. FutbolPlanet.Az xəbər verir ki, bu haqda jurnalist Fabrizio Romano məlumat verib.

"Kral klubu"nun "Renn"dən Eduardo Kamavinqanın transferi üçün razılaşdığı bildirilib. "Real" bu keçidə görə bonuslar da daxil olmaqla 31 milyon avro ödəyəcək. Xəbərdə o da qeyd olunub ki, 18 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib və onunla müqavilə imzalanıb.