"Legiya"nın Polşa liqasının 6-cı turunda "Krakov"la matçda ən yaxşı oyun sərgiləyən oyunçusu məlum olub. FutbolPlanet.Az xəbər verir ki, millimizin hücumçusu Mahir Emreli azarkeşlər arasında səsvermədə 10-dan 5, 83 bal toplayaraq görüşün ən yaxşısı seçilib.

Sözügedən matç "Legiya"nın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Emreli 46-cı dəqiqədə fərqlənməyi də bacarıb. Lakin VAR-a baxıldıqdan sonra bu qol qeydə alınmayıb.