“Qəbələ” yeni futbolçu ilə güclənib. FutbolPlanet.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, əyalət təmsilçisi uzun müddətdi danışıq apardığı Omar Hani transferini bitirib. İordaniyalı futbolçu ilə aparılan danışıqlar müsbət nəticələnib.

“Qəbələ” forvardla 1+1 şərti ilə müqavilə imzalayıb. Klub bu keçidi yaxın saatlarda rəsmən elan edəcək.

Omar Haninin son klubu Kiprin “Olimpiakos Nikosia” olub.