"Zirə" heyətinə yeni oyunçu cəlb edib. FutbolPlanet.Az xəbər verir ki, qəsəbə təmsilçisi "Sabah"dan ayrılan Coşqun Diniyevlə 2 illik müqavilə bağlayıb.

25 yaşlı yarımmüdafiəçi daha əvvəl "İnter"("Keşlə") "Qarabağ" və "Sabah"da çıxış edib. Azərbaycan millisinin üzvü olan Diniyev yığmada 8 oyunda forma geyinib.