Fransa millisinin sabiq üzvü Frank Riberi karyerasını yenidən İtaliyada davam etdirəcək. FutbolPlanet.Az xəbər verir ki, "Bavariya"nın keçmiş yarımmüdafiəçisi “Latsio”ya keçib.

Son iki mövsümdə "Fiorentina"da oynayan 38 yaşlı futbolçu Roma klubu ilə bir illik müqavilə bağlayıb.