"Barselona"nın yarımmüdafiəçisi Miralem Pyaniç komandadan ayrılmağa hazırlaşır. FutbolPlanet.Az xəbər verir ki, bosniyalı oyunçu “Yuventus”a geri dönə bilər.

“Qoca sinyora” da Pyaniçin geri dönməsinə qarşı deyil. Sadəcə İtaliya nəhəngi futbolçunu icarəyə götürərək onun illik 8,5 milyon avroluq maaşının yarısını ödəyə biləcəyini bildirib.