"Qarabağ"ın UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində ev oyunlarını keçirəcəyi stadion bəllidir. FutbolPlanet.Az xəbər verir ki, Ağdam klubu təsnifat mərhələsində olduğu kimi qrup oyunlarını da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

Artıq mərkəzi arena UEFA-ya sifariş verilib.

"Qarabağ" Konfrans Liqasının qrup mərhələsində "Bazel", "Kayrat" və "Omoniya" ilə mübarizə aparacaq.