"Qarabağ"ın oyunçusu Patrik Andrade Kabo-Verde millisinin DÇ-2022-nin seçmə mərhələsindəki matçları üçün yığmaya dəvət olunub. FutbolPlanet.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Mərkəzi Afrika Respublikası və Nigeriya ilə görüşlər üçün yığmaya cəlb edilib.

Kabo-Verde yığması sentyabrın 1-də Mərkəzi Afrika Respublikası ilə, sentyabrın 7-də isə Nigeriya ilə üz-üzə gələcək.