DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də keçiriləcək Lüksemburq - Azərbaycan oyununun hakim təyinatları bəllidir. FutbolPlanet.Az xəbər verir ki, görüş Bosniya və Herseqovinadan olan hakimlər briqadasına həvalə olunub.

Matçın baş hakimi İrfan Pelto olacaq. Ona yan xətt hakimləri Senad İbrisimbeqoviç və Davor Belyo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Admir Şehoviç icra edəcək.