U-21 millimizin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə matçına hakim təyinatları açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, oyunu ukraynalı hakimlər briqadası idarə edəcək.

Matçın referisi Denis Şurman olacaq. Ona yan xətt hakimləri qismində Aleksandr Kornyiko və Viktor Nijnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Viktor Kopievski yerinə yetirəcək.

Sentyabrın 2-si Velika Qoritsa şəhərindəki stadionda keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.