21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Rüfət Əhmədov Avropa çempionatının seçmə mərəhələsinin oyunları üçün açıqlanan heyətdən çıxarılıb. FutbolPlanet.Az xəbər verir ki, 19 yaşlı müdafiəçi səhhəti ilə əlaqədar yığmadan kənarlaşdırılıb.

O, Xorvatiya və Avstriya ilə matçları buraxacaq.

U-21 millimiz sentyabrın 2-də Xorvatiyanın, sentyabrın 7-də isə Avstriyanın qonağı olacaq.