"Neftçi" Nikita Rukavitsa transferini reallaşdıra bilməyib. FutbolPlanet.Az xəbər verir ki, avstraliyalı hücumçu paytaxt təmsilçisi ilə bütün məsələlərdə razılığa gəlsə də, son anda ailəsinin Bakıda yaşamasının çətinliyini bəhanə edərək, müqaviləyə qol çəkməkdən boyun qaçırıb.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev saytımıza açıqlamasında məlumat verib. Onun sözlərinə görə, ailəsinin paytaxtımızda yaşamasının çətinliyini və ümumi şəraiti bəhanə gətirən 34 yaşlı futbolçu son anda "Neftçi"yə keçməkdən imtina edib.