"Neftçi" Nikita Rukavitsa transferini bu gün açıqlaya bilər. FutbolPlanet.Az xəbər verir ki, hazırda Bakıda olan avstraliyalı hücumçu yekun qərarını günün sonuna qədər verəcək.

Bu barədə FutbolPlanet.Az saytına açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, hər şeyə bir azdan aydınlıq gəlməlidir.