"Real" Kilyan Mbappe transferini açıqlamaq üzrədir. FutbolPlanet.Az xəbər verir ki, bu barədə nüfuzlu "Marca" nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, PSJ ilə anlaşan Madrid klubu fransız hücumçu üçün Paris klubuna bonuslarla birlikdə 180 milyon avro ödəyəcək. Mbappe artıq komanda yoldaşlarına “Real”a keçəcəyi ilə bağlı məlumat verib.