UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a rəqib olan "Bazel"in baş məşqçisi Patrik Rahmen püşklə bağlı danışıb. FutbolPlanet.Az xəbər verir ki, İsveçrə klubunun 52 yaşlı çalışdırıcısı püşkdən narazı qaldığını açıqlayıb:

"Daha güclü və daha maraqlı rəqiblər gözləyirdik. Bu rəqiblərlə ev oyunları zamanı azarkeşlər yığa bilməyəcəyik. Azarkeşlərimizin marağına səbəb olacaq komandalar bunlar deyil. Bundan başqa, uzun səyahətlərdən sonra çempionatda vacib oyunlara çıxmalı olacağıq. Ancaq bu qrup növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansdır".