“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə dövründə hazırlığını davam etdirir. FutbolPlanet.Az xəbər verir ki “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakı Olimpiya Stadionunda hazırlıq keçir. "Qəbələ” fasilə dövründə yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” I divizionun startına hazırlaşan “Qəbələ-2” ilə üz-üzə gələcək. Oyun avqustun 30-da keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq.