"Aberdin"in kapitanı Skott Braun "Qarabağ"la oyundan danışıb. FutbolPlanet.Az xəbər verir ki, 36 yaşlı oyunçu Ağdam klubunun güclü rəqib olduğunu etiraf edib:

"Bizi daha yaxşı komanda məğlub etdi. Gözəl futbol oynadılar və bu, bizim günümüz deyildi. İstədiyimiz kimi yaxşı oynaya bilmədik. Rəqib isə hər iki matçda fantastik oynadı. Ən yaxşı komanda qrup mərhələsinə yüksəldi. Bacardığımız qədər yaxşı oynamağa və rəqib qapısı qarşısında qol epizodları yaratmağa çalışsaq da, bizdə heç nə alınmadı. Qonaqlar ilk qolu vurduqdan sonra həm azarkeşlərimizin dəstəyi, həm də oyunumuzdakı sürət azaldı. Məğlubiyyəti qəbul etmək ağırdır. Amma bu da təcrübədir. Bu iki komanda arasındakı böyük fərqi hamı gördü. "Qarabağ" əla təşkilatlanmış klubdur. Heyətində yaxşı oyunçular var".