"Neftçi"nin kapitanı Emin Mahmudov UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Makkabi”yə (Hayfa, İsrail) 0:4 hesabı ilə uduzduqları oyunla bağlı açıqlama verib. FutbolPlanet.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi "Facebook" səhifəsində bunları qeyd edib:

"Bu dəfə sizi sevindirə bilmədiyimizə görə çox üzgünük. Artıq ölkə çempionatına köklənməliyik. Yenidən daha güclü, daha uğurlu olmaq üçün sizin dəstəyinizə ehtiyacımız var. Birlikdə bacaracağıq!"