Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, bukmeker kontorları Azərbaycan təmsilçiləri “Neftçi” və “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində səfərdə keçirəcəyi cavab matçlarının da favoritlərini müəyyənləşdirib.

“Neftçi” İsraildə “Makkabi”si (Hayfa) ilə üz-üzə gələcək. Matçda daha şanslı olan meydan sahiblərinin qələbəsi 1,27, bakılıların uğuru 6,75 əmsaldır. Heç-heçəyə pul qoyuluşu isə 5,75 əmsaldır.

“Aberdin”in qəbul edəcək “Qarabağ” da şanslı sayılmır. Şotlandiyada baş tutacaq matçda Ağdam klubunun qələbəsi 3,20, rəqibin uğuru 2,15 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,05 əmsal verilib.