"Səbail" Premyer Liqanın II turunda səfərdə "Qarabağ"la üz-üzə gəldi (0:3). FutbolPlanet.Az xəbər verir ki, paytaxt klubunun təcrübəli yarımmüdafiəçisi Əfran İsmayılov sabiq komandası ilə matçda iştirak ərizəsində yer almadı. 

Saytımızın əldə etdiyi özəl məlumata görə, 32 yaşlı futbolçu oyun günü Türkiyədə olubmuş. O, xeyir işlə əlaqədar, ailəsi ilə birgə qardaş ölkəyə yollanıb. Bu gün Vətənə qayıdan millimizin sabiq üzvü sabahdan etibarən Bayıl təmsilçisində məşqlərə qoşulacaq.