"Qalatasaray" heyətinə yeni oyunçu qatıb. FutbolPlanet.Az xəbər verir ki, İstanbul təmsilçisi Rumıniyanın "Styaua" klubunun 22 yaşlı yarımmüdafiəçisi Olimpiu Morutsanı transfer edib.

Deyilənə görə, "Cim-bom" bu keçid üçün qarşı tərəfə 4 milyon avro ödəyib.