Namik Ələskərov "Bursaspor"da oynamaq hüququ qazanıb. FutbolPlanet.Az xəbər verir ki, türk klubu 26 yaşlı yarımmüdafiəçimizi çempionat üçün sifariş edə bilib.

"Neftçi"dən narazılıqla ayrılan Namik əvvəlki oyunlarda iştirak etməyib. Buna səbəb paytaxt klubunun onun transfer vərəqəsini qarşı tərəfə göndərməməsi idi. Problemi həll edən 1-ci liqa təmsilçisi futbolçunun adını federasiyaya təqdim edib. Bununla da Namikin legioner həyatı yaşamasında heç bir maneə qalmayıb.